Binə qəsəbəsində yolsuzluq PROBLEMİ - VİDEO
271
18 Dec 2025 | 23:30

Binə qəsəbəsində yolsuzluq PROBLEMİ - VİDEO

Yolda iri çalalar var. Xüsusilə də yağıntılı günlərdə oradan istifadə edən sürücülər onları hansı aqibətin gözlədiyini bilmirlər. Çünki, su ilə dolu olan çuxurların dərinliyi bilinmir.

Bizim.Media xəbər verir ki, paytaxtın Binə qəsəbəsindəki bu yol ərazidə yaşayanların kabusuna çevrilib
 

Sürücülər bildirirlər ki, ya avtomobilləri xarab olaraq suda qalır, ya da nəqliyyat vasitəsində xeyli zədə yaranır.


Ərazidə yaşayanlar bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qrumlara da müraciət ediblər. Lakin problem olduğu kimi qalıb.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər