Cəmiyyət
4284
14 Jan 2023 | 22:07

"Atam düşünürdü ki, məktəbdə uşaqlar mənə lağ edəcəklər, buna görə də adımı dəyişdi..."

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid həyatı ilə bağlı indiyə qədər heç kimə məlum olmayan faktları açıqlayıb. ATV-də peşəkar jurnalist Səadət Məmmədovanın təqdim etdiyi "Ağdam və mən" verilişində qonaq olan Rəşad Məcid verdiyi açıqlamalarla hər kəsi təəccübləndirib.
 
Ağdamda keçən uşaqlıq illərindən danışan MŞ sədri bazarlıq etdiyi dövrü təbəssümlə xatırlayıb. O, hər dəfə bazara gedərkən daha ucuz alış-veriş etməklə evdən verilən pula qənaət etdiyini bildirib:
"Bazara gedəndə bizim də qazancımız olurdu. Bunun üçün qiymətləri endirmək lazım gəlirdi. Məsələn, evdən bizə yumurtanın pulunu 25 qəpikdən verirdilər. Biz 20 qəpikdən alanda hər yumurtadan 5 qəpik qazanc əldə edirdik. Yaxud qatığı, qaymağı, göyərtini bazar qiymətindən daha ucuz alırdıq. Onu da deyim ki, həmin dövrdə Ağdam bazarında qaymaq satanların monopoliyası vardı".
 
Ustad jurnalist deyib ki, anadan olanda valideynləri onun adını Arzu qoyub. O, 1-ci sinfə gedənə kimi bu adı daşıyıb.
 
Rəşad Məcid adının dəyişdirilməsinin tarixini də açıqlayıb. Bildirib ki, Rəşad adı ilə tanışlığı orta məktəbə getdiyi dövrə təsadüf edir: "Həyata Arzu kimi vəsiqə almışam. Mən birinci sinfə gedəndə Zeynəb Xanlarovanın "Ay mənim Arzu qızım" mahnısı çox populyar oldu. Mahnıdakı qızım sözünə görə atam narahat olmağa başladı. Atam düşünürdü ki, məktəbdə uşaqlar mənə lağ edəcək. Buna görə də adımı dəyişib Rəşad qoydu. Məktəbə gedəndə gördüm ki, uşaqların arasında Arzu adında bir neçə oğlan var".
Link kopyalandı!
Son xəbərlər