Gəncə məktəbində ŞOK: Qayçı ilə şagird yoldaşına xəsarət yetirdi
578
17 Dec 2025 | 17:27

Gəncə məktəbində ŞOK: Qayçı ilə şagird yoldaşına xəsarət yetirdi

Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.

Bizim.Media xəbər verir ki, hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb.
 

Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.


İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər