Missuri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib
3453
13 Jan 2023 | 14:38

Missuri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı” layihəsinin dəstəyi iləu200b Missuri Universitetinin professoru Binq Yanq Bakı Dövlət Universitetində (BDU) təlim keçib.
 
Genom redaktəsi texnologiyaları və tətbiqi prinsipləri istiqamətində təqdim edilən təlim BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib. Təlimdə əsas məqsəd genom redaktəsinin ölkə üçün strateji əhəmiyyətli bitki növlərinə tətbiqini həyata keçirmək, bu istiqamətdə tədqiqatçı mütəxəssisləri yetişdirməkdən ibarətdir. Təlimin məqsədlərindən biri də növbəti mərhələdə maddi-texniki bazanın yaradılması, ölkə üçün prioritet olan genom redaktəsi sahəsinin fəaliyyətini təmin edəcək laboratoriyanın qurulmasıdır. 7 gün davam edənu200b təlimdə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzininu200b əməkdaşları, Biologiya fakültəsinin müəllim heyəti və gənc tədqiqatçıları, həmçinin Azərbaycanın elmi-tədqiqat institutlarının, Azərbaycan Tibb Universitetinin müvafiq əməkdaşları iştirak ediblər.
 
Təlim ərzində BDU-nun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Aqro Bitki Klinikası (FİTOLABu200b Mərkəzləşdirilmiş Sınaq Laboratoriyası), Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Elm Və Təhsil Nazirliyi nəzdində Genetik Ehtiyatlar İnstitutunun alimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. BDU əməkdaşları tərəfindən yaradılmış CRISPR/CAS 9 kasetləri,u200b birləpəlilərin (buğda, düyü) adaptiv qabiliyyətinin artırılması üçün bu kasetlərdən istifadəu200b imkanları müzakirə edilib. BDU-nun Biologiya fakültəsinin magistrant və doktorantları, müəllim heyəti,u200b eləcə də müxtəlif elmi-tədqiqat institutlarının elmi işçilərinin iştirakı ilə “CRISPR əsasında genomun redaktəsi” mövzusunda seminar keçirilib. Eyni zamanda BDU-nun elmi-tədqiqat laboratoriyasında buğda və pambıq bitkisinin yarpaq toxumasından protoplastların ayrılması həyata keçirilib. Daha sonra protoplast izolyasiya işləri tamamlanıb, pambıq və buğda bitkilərinin yarpaq toxumasına tərkibində RUBI kompleksi olan aqrobakteriyaların yoluxdurulması həyata keçirilib. Binq Yanq “CRISPR 101” texnologiyası ilə bağlı da seminar keçirib və FİTOLABu200b Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasında kriogen texnologiyadan istifadə etməklə bakteriya və plazmidlərin ultra soyuq temperaturda saxlanma (kriokonservasiya) prosesini nümayiş etdirib.
 
Aparılan nəzəri və praktiki təlimlər nəticəsində birləpəli və ikiləpəli bitkilərin müxtəlif stress amillərinə (biotik - göbələk, bakterial və virus patogenləri, abiotik - duz, radiasiya, quraqlıq və ya digər stresslər) qarşı davamlılığının artırılmasıu200b məqsədi ilə CRİSPR/CAS9 kasetlərinin doğru qurulması, vektorların seçimi, mənfi xüsusiyyət daşıyan və transformasiyaya məruz qalan genə uyğun dizayn edilmiş CRİSPR/CAS9 kasetinin hüceyrə kulturasına və toxuma kulturasına yeridilməsi, hüceyrə kulturasının əldə olunması üçün protoplastların ayrılması kimi texnologiyalar təlim iştirakçılarının nəzərinə çatdırılıb.u200b Əldə olunan bilik və bacarıqlar genom redaktəsinin tətbiqi üçün çox əhəmiyyətlidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər