Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT
296
16 Dec 2025 | 09:38

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alındı - Valideyn həbs edildi

 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.

Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər