Şabranda qanunsuz ov edən şəxs SAXLANILDI
329
15 Dec 2025 | 21:00

Şabranda qanunsuz ov edən şəxs SAXLANILDI

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 1 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, həmin şəxsdən 1 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər