Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş - Gəlinlə qardaşı tutuldu
449
15 Dec 2025 | 09:42

Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş - Gəlinlə qardaşı tutuldu

Biləsuvar rayonunda qadın qətli törədilib. Hadisə rayonun İsmətli kəndində baş verib.

Bizim.Media xəbər verir ki, 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın əvvəlcə beyindaxili təzyiqdən öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində onun boğularaq qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qətldə şübhəli bilinən gəlin Gülbəniz Həsənzadə və onun qardaşı Qasım Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Link kopyalandı!
Son xəbərlər