Salyanda ZƏNCİRVARİ QƏZA – 4 nəfər xəsarət aldı
265
15 Dec 2025 | 09:36

Salyanda ZƏNCİRVARİ QƏZA – 4 nəfər xəsarət aldı

Salyanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və "Mercedes-Benz" markalı avtomobillər çoxtonnajlı yük maşını ilə toqquşub.
 

Qəza nəticəsində Astara rayon sakinləri - 1988-ci il təvəllüdlü Vahid Xandadaş oğlu Məhərrəmov, 1982-ci il təvəllüdlü Vüsalə Kamil qızı Kamilova, 1983-cü il təvəllüdlü Mərahim Ələddin oğlu Qafarov və 1978-ci il təvəllüdlü Məmmədağa Sədyət oğlu Sultanov müxtəlif dərəcəli xəsarət alıblar.


Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər