Xaçmazda 8 otaqlı ev yandı
441
15 Dec 2025 | 09:30

Xaçmazda 8 otaqlı ev yandı

Xaçmazın Alıcqışlaq kəndində kənd sakini Niyaməddin Mirzəyevin 8 otaqdan ibarət yaşayış evində yanğın olub. Nəticədə evin 50 kv.m hissəsi yanıb.

Bizim.Media xəbər verir ki, 240 kv.m sahəsi olan evin digər əraziləri hadisə yerinə gələn FHN-nn Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən qorunub və alovun genişlənməsinin  qarşısı alınıb.

Yanğının başvermə səbəbi məlum deyil.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər