Gürcüstandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərənlər saxlanılıb
Cəmiyyət
2949
12 Jan 2023 | 11:55

Gürcüstandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərənlər saxlanılıb

Yanvar ayının 11-də saat 22:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları saxlanılıb.
 
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
 
Araşdırma zamanı saxlanılan şəxslərin 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib.
 
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər