Əli Abbasovun deputat mandatına XİTAM VERİLDİ
1057
11 Dec 2025 | 19:07

Əli Abbasovun deputat mandatına XİTAM VERİLDİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Bizim.Media xəbər verir ki, Qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 11 dekabr  2025-ci il tarixdə Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər