Bugünkü qəzada həyatını itirən Zaurun FOTOLARI
492
08 Dec 2025 | 14:47

Bugünkü qəzada həyatını itirən Zaurun FOTOLARI

Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində ağır qəzada həyatını itirən Zaur Məmmədov taksi fəaliyyəti ilə məşğul olurmuş.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Minayə Məmmədova, eləcə də yaralanan Mübarək Məmmədov taksidə müştəri olub.

Faciəvi şəkildə ölən Zaurun fotolarını təqdim edirik.
 

Qeyd edək ki, qəza “MAN” markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirməsi səbəbindən baş verib.


Nəticədə ağırtonnajlı yük maşını öz yolu ilə gedən və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub. Baş vermiş hadisə ərazidəki kamera vasitəsilə anbaan lentə alınıb.






Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər