Azərbaycanda müəllim dərsi boykot etdi: “Ayaqyolu tikilənə qədər…” – VİDEO
3445
08 Jan 2023 | 14:30

Azərbaycanda müəllim dərsi boykot etdi: “Ayaqyolu tikilənə qədər…” – VİDEO

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.
 
Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.
 
“Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb” – deyə qeyd olunub.Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər