Anomal hava şəraiti kənd təsərrüfatına necə təsir göstərib? - Rəsmi AÇIQLAMA + FOTO
Cəmiyyət
3180
07 Jan 2023 | 18:10

Anomal hava şəraiti kənd təsərrüfatına necə təsir göstərib? - Rəsmi AÇIQLAMA + FOTO

Son günlər qış fəslinə uyğun olmayan anomal istilər müşahidə olunur. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabahdan etibarən hava şəraiti kəskin dəyişəcək. Belə ki, Bakıda və Abşeron yarımadasında yağıntı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir. Rayonlarda da sulu qar və qar yağacağı ehtimal olunur. 
 
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov Oxu.Az-a bu cür dəyişkən hava şəraitinin kənd təsərrüfatına təsirindən danışıb. 
 
O qeyd edib ki, havaların iqlim normasına nisbətən isti və quraq keçməsi məhsul yığımını yekunlaşdırmaq baxımdan əlverişli sayıla bilər, lakin bu havaların kənd təsərrüfatı fəaliyyətinə mənfi təsiri də çoxdur:
 
 
“Hazırda məhsul yığımı demək olar başa çatıb, texniki bitkilərin yığımı yekunlaşır. Eyni zamanda payızlıq əkinlər də başa çatmaq üzrədir. O baxımdan havaların mülayim keçməsi, qeydə alınan hərarətin orta aylıq normadan çox olması yığımın başa çatması baxımından əlverişli sayıla bilər. Lakin şaxtalı hava şəraitinin olmaması sahələrdə gəmiricilərin artmasına təsir göstərir, yağıntıların azalması isə dəmyə əkinlərdə toxumların cücərməsi və kollanması prosesində müəyyən çətinliklər yaradır. 
 
Hidrometeoroloji proqnozlara əsasən, yaxın günlərdə hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun aşağı düşəcəyi, yağıntıların çoxalacağı gözlənilir ki, bu da istər birillik, istər çoxillik əkinlərə müsbət təsir göstərəcək amillər sayıla bilər”.
 
Link kopyalandı!
Son xəbərlər