Azərbaycanlı hücumçu yeni klubla ANLAŞDI
1554
04 Dec 2025 | 21:34

Azərbaycanlı hücumçu yeni klubla ANLAŞDI

Azərbaycanlı forvard Orxan Əliyev yeni ilə də Qırğızıstanda başlayacaq.

Bizim.Media xəbər verir ki, 29 yaşlı hücumçuya bir çox klublar maraq göstərib, təklif göndərsə də, Əliyev Qırğızıstanda qalmağa üstünlük verib.

Belə ki, U-21 yığmamızın sabiq üzvü “Ozgon”la razılaşıb.

O, böyük ehtimalla həmin klubla daha 1 illik müqavilə imzalayacaq.

Orxan karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Sioni”, “Araz-Naxçıvan”, “Turan Tovuz” klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər