Şəmkirdə mikroavtobus su kanalına aşdı - Xəsarət alanlar var - FOTO
290
04 Dec 2025 | 08:55

Şəmkirdə mikroavtobus su kanalına aşdı - Xəsarət alanlar var - FOTO

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublər, faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər