DYP-dən qış mövsümünə hazırlıqla bağlı ÇAĞIRIŞ
351
01 Dec 2025 | 12:20

DYP-dən qış mövsümünə hazırlıqla bağlı ÇAĞIRIŞ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir.
 

Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırır.


Unutmaq olmaz ki, avtomobilimizin sazlığı istənilən hava şəraitində mənzil başına rahat və təhlükəsiz çatmağımız üçün ən etibarlı zəmanətidir".

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər