Ermənistan yepiskoplarının TƏLƏBİ: Eçmiədzin II Qaregindən təmizlənsin!
758
27 Nov 2025 | 13:24

Ermənistan yepiskoplarının TƏLƏBİ: Eçmiədzin II Qaregindən təmizlənsin!

Ermənistanda yepiskoplar II Qareginə qarşı yeni bəyanatla çıxış ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

“Arşak Xaçatryanın iştirakı ilə bağlı videomaterialların həqiqiliyi ekspertiza tərəfindən təsdiqlənib.

Ktriç Nersisyan (II Qaregin — red.) hər vəchlə Arşakın müqəddəsliyə qarşı yönəlmiş əməlini gizlətməyə çalışır. Ktriç Nersisyan katolikosluğa təyin olunarkən verdiyi — erməni kilsəsini “doğru təlimlə” idarə etmək — andına sadiq qalmayıb.
 

Yepiskoplar möminlərə və kilsənin sədaqətli övladlarına müraciət edərək, müqəddəslərin müqəddəsi — Birinci Taxt Eçmiədzinin — müqəddəsliyə xəyanət etmiş din xadimi və onun günahını bölüşənlərdən təmizlənməsini, Ktriç Nersisyanın yanlış yolunun qəti şəkildə pislənməsini tələb ediblər”, — deyə bəyanatda bildirilir.


Xatırladaq ki, internetdə katolikos dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanla bağlı qeyri-etik videomateriallar yayılmışdı. Ermənistanın İstintaq Komitəsi onların yayılması faktı üzrə cinayət işi açıb.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər