Ana və azyaşlı oğlu qazdan zəhərləndi – VƏZİYYƏTLƏRİ AĞIRDIR
363
25 Nov 2025 | 09:35

Ana və azyaşlı oğlu qazdan zəhərləndi – VƏZİYYƏTLƏRİ AĞIRDIR

Ağsu sakini qazdan zəhərlənib.

Bizim.Media xəbər verir ki, hadisə Ağsu şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini 1987-ci il təvəllüdlü Teymurova Vəfa və oğlu 2018-ci il təvəllüdlü Teymurov Məhəmməd Həsən oğlu qazdan zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər