19:24
6°C
Bakı
Gəncədə 15 yaşlı yeniyetmə bıçaq xəsarəti alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
2010-cu il təvəllüdlü N. Məmmədov bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yeləşdirilib. O, dərhal əməliyyata götürülüb, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin kim tərəfindən və hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu