Bakıda kişini evinin qarşısında döyüb pulunu aldılar
286
22 Nov 2025 | 12:44

Bakıda kişini evinin qarşısında döyüb pulunu aldılar

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi olub.

Bizim.Media xəbər verir ki, naməlum şəxs gecə saat 3 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib.
 

Bu barədə vətəndaş polisə məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.


Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər