Prokurorluq:
3564
29 Dec 2022 | 11:54

Prokurorluq: "Bakıda sabiq bələdiyyə sədri 1,8 milyon manatlıq torpaq sahələrini ələ keçirməyə cəhd edib"

Bakıda sabiq bələdiyyə sədri 1,8 milyon manatlıq torpaq sahələrini ələ keçirməyə cəhd edib.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Səbail bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb:
 
"Bəzi media qurumları tərəfindən Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğlunun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin başlanmasına dair dəqiqləşdirilməmiş məlumatlar yayılıb.
 
Qeyd edilir ki, Əhməd Hüseynovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilib.
 
İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
 
Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və digər maddələri ilə ittiham elan edilib və 27.12.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib".
Link kopyalandı!
Son xəbərlər