SON DƏQİQƏ: Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant dünyasını dəyişdi
534
21 Nov 2025 | 13:28

SON DƏQİQƏ: Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant dünyasını dəyişdi

Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

“Azərişıq” ASC-dən bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib:

“Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər