"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda KEÇİRƏCƏK
299
20 Nov 2025 | 18:47

"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda KEÇİRƏCƏK

Misli Premyer Liqasının XIII turundan başlayaraq “Kəpəz” klubu ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.

Bizim.Media xəbər verir ki, “Qəbələ” İK və “Kəpəz” PFK arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

Müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz” klubunun müraciətini, “Karvan-Yevlax” klubunun razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 13-cü turundan etibarən “Kəpəz” klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər