Bizi sosial şəbəkələrdən izləyin:
“Atam Zeynəb Xanlarovanı sevirdi, mən də kaş onunla görüşə biləydim...”
“Zeynəb Xanlarova mənim həyatda kumirimdir. Onu çox sevirəm. Təsəvvür etməzsiniz ki, o mənim üçün necə dəyərli insan, şəxsiyyət və korifey sənətkardır. Bu sözləri atama görə demirəm. Atama görə onu bir başqa çox istəyirəm, özümə görə isə tamam başqa. Ad gününü sizin vasitənizlə təbrik edirəm. Allahdan ona can sağlığı arzu edirəm”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva deyib:
“Zeynəb xanımla kaş bircə dəfə də olsa görüşə bilsəydim dünyanın xoşbəxti olardım. Atam Zeynəb xanımı bir başqa çox istəyirdi, sevirdi. Atam xəstə olanda Zeynəb xanım zəng edib mənə ağır günlərimdə dəstək, dayaq oldu. Soruşurdu ki, nə lazımdır? Nəyə ehtiyac var? Çünki atamla tələbə yoldaşı olub, onun necə bir insan olduğunu bilirdi. Allah atama möhlət vermədi. Onu yanımdan tez apardı. Belə atanı itirmək inanın ki, ölümə bərabərdir. Atam dünyasını dəyişəndə də Zeynəb xanım zəng etdi, öz başsağlığını verdi. Yenə də soruşdu ki, nə lazımdırsa mən sizə edim. Ona öz təşəkkürümü bildirirəm. Mən telefon danışığımızda ona dedim ki, sizinlə görüşmək istəyirəm. Dedi ki, qızım inşallah vaxt edib görüşərik. Çünki bundan əvvəl də bir neçə şəxs ona olan sevgimi Zeynəb xanıma bildirmişdilər. Yəni ki, xanımın bu haqda məlumatı var idi” deyə sənətkarın qızı bildirib.
Sənətkarın qızı bildirib ki, Zeynəb Xanlarova atasına hər zaman hörmətlə yanaşıb.
“O vaxt atam rayondan Bakıya oxumağa gəlmişdi. Zeynəb xanım da bilirdi ki, atam kənd uşağıdır, dəstəksizdir. Hər zaman ona dəstək, dayaq olub. Bacı-qardaş münasibətində olublar. Atama “əməkdar artist” fəxri adını Zeynəb xanım verdirmişdi. Milli Məclisdə müraciət ünvanlamışdı ki, Süleyman Abdullayev neçə illərdir sənətdədir, amma fəxri adı yoxdur. Allah onun etdiyi yaxşılıqları qarşısına çıxarsın” deyə sənətkarın qızı deyib.