Elman Nəsirov: “2026-cı ildə daha yaxşı yaşayacaqsınız”
2089
20 Nov 2025 | 12:17

Elman Nəsirov: “2026-cı ildə daha yaxşı yaşayacaqsınız”

“Büdcə ilə bağlı ən çox verilən suallar - “Bu büdcə bizim sosial rifahımızı nə qədər təmin edəcək?”, “Sabahımız necə olacaq?”, “Təhlükəsizliyimiz necə qorunacaq?” suallarıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“2026-cı ildə bizim xərcləmək üçün 41 milyard 700 milyon manat vəsaitimiz var. Əgər onun 41 faizi – yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu, 2025-ci illə müqayisədə 213 milyon manat artıbdırsa, deməli 2026-cı ildə daha yaxşı yaşayacaqsınız. Rəqəmlər və məntiq bunu göstərir”.

Günay Şahmar, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər