Azərbaycan və Belarus XTQ mənsubları arasında görüş olub - FOTO
494
18 Nov 2025 | 20:56

Azərbaycan və Belarus XTQ mənsubları arasında görüş olub - FOTO

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində hər iki ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Ölkəmizə səfər çərçivəsində qonaqlar XTQ-nin N hərbi hissəsini ziyarət ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb, ehtiram nümayiş etdirilib.

Qonaqlara Azərbaycan XTQ-si haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
 

Görüş zamanı tərəflər Azərbaycan və Belarus XTQ-ləri arasında mümkün əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparıb, əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran təklifləri müzakirə ediblər.


Yekunda qonaqlar xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.








Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər