BDU-da fiziki-kimyəvi üsulların biotibbi tədqiqatlarda tətbiqi öyrənilib
Cəmiyyət
3409
27 Dec 2022 | 13:18

BDU-da fiziki-kimyəvi üsulların biotibbi tədqiqatlarda tətbiqi öyrənilib

Bakı Dövlət Universitetində  (BDU) “Biotibbi tədqiqatlarda müasir fiziki-kimyəvi üsulların tətbiqi” mövzusunda elmi seminar keçirilib. 
Seminarda Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov mövzu üzrə məruzə edib. 
O, son illərdə canlı sistemlər üzərində apardığı elmi-tədqiqat işləri və aldığı mühüm nəticələr barədə iştirakçılara məlumat verib. Aparılan tədqiqatlarda əsasən elektron paramaqnit rezonans spektroskopiyası, keçirici elektron mikroskopiyası, skanedici elektron mikroskopiyası, Messbauer spektroskopiyası kimi müasir metodları tətbiq etdiyini diqqətə çatdırıb. 
 
Seminarda stress amillərin canlı sistemlərə təsiri zamanı onlarda maqnit xassələrinin yaranmasının aşkarlanması elmi əsaslarla şərh edilib. 
 
Professor Rövşən Xəlilov alınan nəticələrin biotibbdə tətbiqinin perspektivləri barədə də məlumat verib. 
 
Elmi seminarda fakültənin professor-müəllim heyəti, magistrant və doktorantları iştirak edib. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər