Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ
398
17 Nov 2025 | 22:38

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qızın yenidən toy mərasimi keçiriləcəyi ilə bağlı iddialar əsassızdır.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, qeyd edilən məsələ ilə bağlı hər iki tərəfin valideynləri aidiyyəti üzrə polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik iş aparılıb, iltizamları alınıb:

"Noyabr ayında keçirilməsi planlaşdırılan toy mərasimi iddiaları əsassızdır".

Bizim.Medisa

Link kopyalandı!
Son xəbərlər