Salyanda minik avtomobili yük maşınına çırpıldı: Xəsarət alanlar var
639
17 Nov 2025 | 10:00

Salyanda minik avtomobili yük maşınına çırpıldı: Xəsarət alanlar var

Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunda, rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, KIA markalı minik avtomobili qarşıda gedən "KamAZ" markalı yük maşınına çırpılıb.
 

Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Gülmira Nuhu qızı Nuriyeva, 1993-cü il təvəllüdlü Aqil Abdul oğlu Nuriyev və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Şəmistan İntiqam oğlu Əmrahzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş.Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər