Şəkidə 85 yaşlı kişi evdə yanaraq öldü
306
17 Nov 2025 | 08:48

Şəkidə 85 yaşlı kişi evdə yanaraq öldü

Şəkidə mənzil yanıb, yaşlı kişinin meyiti tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında  rayonun Bideyiz kəndində baş verib. 

Belə ki, kənd sakini 85 yaşlı Əli Xasiyevə məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın  baş verib. 

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə. Xasiyevin yanmış meyiti aşkar olunub. 

Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. 

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Link kopyalandı!
Son xəbərlər