Minaya düşən şəxsin SON DURUMU
525
16 Nov 2025 | 16:43

Minaya düşən şəxsin SON DURUMU

Xəbər verdiyimiz kimi, bu gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşərək xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bizim.Media xəbər verir ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub.

Hazırda onun Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər