DİN: Toy karvanında yola pul səpilməsi ilə bağlı əmələ hüquqi qiymət veriləcək - FOTO
1250
14 Nov 2025 | 18:08

DİN: Toy karvanında yola pul səpilməsi ilə bağlı əmələ hüquqi qiymət veriləcək - FOTO

Xəbər verdiyimiz kimi Qubada toy karvanında bəzi sürücülərin avtoxuliqanlıq etməsi və yola pul səpməsi ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər araşdırılır.

O qeyd edib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək:

“İstər toy karvanlarında, istərsə də digər hallarda qaydaları pozan, digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücülər barəsində inzibati xəta tərkibi üzrə protokollar tərtib olunur və qanunvericiliyə uyğun tədbirlər görülür”.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Link kopyalandı!
Son xəbərlər