“Cəfər Cabbarlı”dakı tüstülənmə ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO
349
14 Nov 2025 | 09:58

“Cəfər Cabbarlı”dakı tüstülənmə ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək”, - deyə məlumatda bildirilib.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər