Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri, musiqiçi Əyyub Quliyevlə görüşüb. Milli Məclisdə baş tutan görüşdə tanınmış sənətçi özünün iştirakçısı olduğu yeni beynəlxalq musiqi layihələri, digər sənət uğurları haqqında ətraflı məlumat verib.
Komitə sədri bu ilin noyabrında, Əyyub Quliyevin dirijorluğunda nüfuzlu “Sinfonia Varsovia” orkestri tərəfindən görkəmli Azərbaycan və Polşa bəstəkarlarının əsərlərinin ifa olunmasından və bu ifaların “ŞUŞA” (“SHUSHA”) adı ilə disk şəklində yayınlanmasından məmnunluğunu bildirib, maestronu təbrik edib.
Ürək sözlərini bölüşən Q.Paşayeva deyib:
“Orketsrin Sizin drijorluğunuzla baş tutan möhtəşəm ifasını Polşa hökumətinin, Seyminin və Senatının üzvləri, Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri, elm, incəsənət və biznes dairələrin təmsilçiləri, dini icmaların təmsilçiləri, diplomatik korpusun nümayəndələri, sənətsevər insanlar və b.-nın canlı izləməsi qürurvericidir.
Siz və sözügedən layihənin dəstəkçiləri “Şuşa İli”ndə əziz Şuşa şəhərinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətləri, uğurları, bir sözlə, Şuşanın ruhunu sənətin ecazı ilə çatdırmısız.
Azərbaycan klassik musiqisinin, milli operamızın banisi Üzeyir bəy Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski kimi ünlü musiqiçilərin dünyaya göz açdığı Şuşanın adı işığında həyata keçirilən layihənizi bir daha qlışlayır, belə layihələrin davamlı olmasını arzu edirəm.
Belə layihələr erməni vandalizmi, dağıdıcılığı ilə Azərbaycan humanizmi və quruculuğunu, mədəniyyətini, eləcə də, Azərbaycanın azadlıqdan abadlığa keçid mərhələsində həyata keçirdiyi humanist, sülhpərvər işləri ifadə edir.
Ədalətli barışın, davamlı əmin-amanlığın, inkişafın və tərəqqinin təmini Azərbaycan Respublikasının bölgənin gələcəyinə baxışını da təcalla etdirməkdədir.
Sizi bir daha təbrik edir, yeni sənət uğurları diləyirəm”!
Ə.Quliyev səmimi görüş və faydalı fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.