YAP Səbail Rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidinin anasını doğum günündə ziyarət ediblər
3512
23 Dec 2022 | 21:25

YAP Səbail Rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidinin anasını doğum günündə ziyarət ediblər

YAP Səbail Rayon təşkilatının sədr müavini Nicat Hüseynov və rayon təşkilatının əməkdaşları Hacıyeva Lamiyyə və Heydərli Fuad Vətən müharibəsi şəhidi İbrahimli Cavidan Nizami oğlunun anası Gülnaz xanımı doğum günü ilə əlaqədar yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.
Şəhidin anası Gülnaz xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.
Link kopyalandı!
Son xəbərlər