15894
23 Dec 2022 | 09:21

"Sizə ünvanlanan təbriklərdə təkrar olunan uzun ömür və cansağlığı ona görə mühümdür ki..."

24 dekabr Prezident İlham Əliyevin doğum günüdür.
   
Bu günlər onun ünvanına milyonlarla təbriklər gələcək. Zatən, bu, onun haqqıdır. Hər günü tarixə yazılan prezident məhz odur. Böyük qürur və fəxarət hissi ilə demək istəyirəm ki, möhtərəm prezident İlham Əliyev cənabları xalqımızın sonsuz məhəbbətini qazanmış əvəzsiz liderdir. İlham Əliyev müasir Azərbaycanın memarı və qurucusu, qiyamətədək borclu olduğumuz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən layili davamçısıdır. Əgər Ulu Öndər müstəqil Azərbaycanın yaradıcısıdırsa, bütün potensialını Dövlət strukturlarının yaradılmasına və möhkəmləndirilməsinə həsr etmişdisə, İlham Əliyev bu etafeti qəbul edərək, Azərbycanı dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarmaq kimi fundamental layihələrin reallaşdırılmasının təminatçısıdır. Cənb İ. Əliyevin rəhbərliyi altında Azərbaycan son onillərin ən şərəfli mərhələsini yaşayır. İ. Əliyevin fəlsəfəsi konkret hədəflərə nail olmaq, ən əsası hər bir Azərbaycanlı ailəsinin rifahını və təhlükəsizliyni təmin etməsi təşkil edir. Bu iki fundamental faktorun təmil edilməsi özlüyündə dövlət həyatının bütün spektrini əhatə edir. Buraya düzgün daxili və dəyişən xarici siyasət, sosiyal - ədalət, vətəndaş cəmiyyətinin formalaşması, demokratik ənənələrin daha da dərinləşməsi, zamana uyğun islahatlar aparması, durmadan inkişaf edən iqtisadiyyat və s. daxildir.
 
İlham Əliyevin dövlətimizin daha da çiçəklənməsi istiqamətində atdığı səmərəli addımlar, əldə etdiyi nəticələr və qazandığı şəxsi uğurlara hətta qısa statistik nəzər salsaq, nəhəng bir siyahı əmələ gələr. Dünya tarixinə nəzər salsaq, xalqların və dövlətlərin taleyinə təsir edən həlledici  faktorlar sırasında lider amilinin xüsusi çəkisi var. Ədalətsiliyin və ikili standartların tüğyan etdiyi müasir dünyamızda qüvvələr nisbətini düzgün dəyərləndirib, olduqca çətin situasiyalardan çıxmaq bacarığı, soyuqqanlılıq, təmkin, yüksək səbr nümayiş etdirmək bacarığı hər liderə qismət olmur. İ. Əliyev cənablarının şəxsi və insani keyfiyyətlərini sadalamaqla, təkrara ehtiyac yoxdur. Ümidvaram ki, onun bu komplimentlərə ehtiyacı da yoxdur.  Amma inanıram ki, Cənab Prezident onun şərəfinə deyilən epitetlərdən birinə etiraz etməzdi: MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN. O, işğal edilmiş torpaqlarımızı geri aldı. 44 Günlük müharibənin qalibiyyətli olması üçün nə dərəcədə unikal şəxsi kefiyyətlərə malik olmaq lazım imiş? O, mümkün olmayan bir işin öhdəsindən gəldi. Əldə olunan möhtəşəm qələbə, xüsusi ilə alınmaz qala - Şuşanın azad edilməsi dünya hərb tarixinə yenilik gətirdi və bu, uzun zaman dünyanın ən güclü orduları üçün tədqiqat obyekti olaraq qalacaq. 
 
Müasir dunya Liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider, müzəffər Ali Baş Komandan kimi tarixə qızıl hərflərlə yazılan İ. Əliyev dünya durduqca, qədirbilən xalqımız tərəfinən sonsuz sevgi və ehdiramla çəkiləcək.
 
Cənab Prezident! Bu gün sizə ünvanlanan təbriklərdə təkrar olunan uzun ömür və cansağlığı həm də ona görə mühümdür ki, Azərbaycanımızın gələcəyi yenə də həmin güclü əllərə həvalə edilsin.
 
Doğum gününüz mübarək olsun, Cənab Prezident!
 
İbad Hüseynli
Azərbaycanın Milli Qəhrəmanı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər