Bizi sosial şəbəkələrdən izləyin:
“SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq sahibkarlığın inkişafı üçün hər zaman sahibkarlıq subyektlərinə dəstək verməyə hazırıq.
Elə bu istiqamətdə də ölkənin bütün rayonlarında bu cür aksiyalar təşkil edirik. Qaz təchizatı ilə bağlı üzləşdiyiniz çətinlikləri rahat şəkildə səsləndirməyinizi sizdən xahiş edirik”. Bu sözləri Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev “Açıq mikrofon” aksiyası çərçivəsində Sumqayıt şəhərində sahibkarlarla keçirilən görüş zamanı bildirib. Daha sonra mikrofon önünə keçən sahibkarlar aksiyanın imkanlarından yararlanaraq onları narahat edən məsələlərlə bağlı çıxış ediblər. Birliyin məsul şəxsləri tərəfindən aksiyaya üz tutan sahibkarlıq subyektlərinin hər biri fərdi olaraq dinlənilib, onlara lazımi izahatlar verilib. Araşdırılması lazım olan məsələlərin nəzarətə götürülməsi ilə bağlı tapşırıq verilib.
Məlumat üçün bildirək ki, görüşdə Birlik nümayəndələri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.
Ətraflı video materialda: