Biləsuvarda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
3532
18 Dec 2022 | 14:03

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.
 
Bunlar Yardımlı rayon sakinləri - 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-cı il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri - 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.
 
Qeyd edək ki, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, yük avtomobili "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşub.
 
Faktla bağlı araşdırma aparılır.
 
12:19
 
Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, yük avtomobilinin “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
 
Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
 
Məlumata görə, “Ford” Şirvan şəhərinə gedirmiş.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər