Tovuzda kişi meyiti AŞKAR EDİLDİ
367
01 Nov 2025 | 20:09

Tovuzda kişi meyiti AŞKAR EDİLDİ

Tovuzda 28 yaşlı oğlanın meyiti tapılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü P. Qasımovun meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu

Link kopyalandı!
Son xəbərlər