3019
16 Dec 2022 | 16:39

"Bu aksiya tarixi addım olaraq böyük anlam kəsb edir"

Aksiyamızın məqsədi ekoloji terrorun, qızıl, mis yataqlarının qanunsuz istismarının aradan qaldırılması, bizim ekoloqların orada monitorinq aparmasına imkan yaradılmasıdır.
 12.12. 2022-ci il tarixindən  Şuşa-Xankəndi  yolunda  başlanan aksiya bizim çoxdan  atmalı olduğumuz  vacib addım idi.  Hamımız bilirik ki, Qarabağ  başdan-  başa  təbii sərvətdir.  Həm coğrafi, həm də təbii yataqları ilə  zəngindir. Biz  Xankəndi-Şuşa yolunda  toplaşıb ,əlimizdə yalnlz telefon  olaraq  müraciət  etdik ki,  Rus sülhməramlılarının   rəhbəri  general-mayor Andrey Volkov bizim  suallarımızı cavablandrsın. Amma  Volkov məinki bizə cavab vermək , hətta  münasibət belə bildirmədi. Biz davamlı olaraq tələblərimizi  irəli sürdük və   aksiyamızı  hələ  də davam ediririk. Qarşı tərəf  isə bizim humanitar dəhliz adlandırılan Laçın yolunu bağladığımızı iddia edirlər.  Yol tamamilə açıqdır. Hətta çadırlarımız belə yolun kənarındadır. Rusiya sülhməramlıları  yolda  konteynerlər quraşdırıb, yolu dəmir arakəsmələr, zirehli maşınlar, canlı qüvvə ilə kəsiblər. Dəhliz Rusiya sülhməramlı kontingenti tərəfindən bağlanılıb. Onlar görüntülər  çəkərək  yalan-yanlış informasiyalar yayırlar. Bizim aksiyamız siyasi məqsəd daşımır. Biz, sadəcə, Azərbaycana məxsus təbii sərvətlərimizi qorumaq, onların talanmasının qarşısını almaq, ərazidə monitorinq aparmaq istəyirik.Volkov isə bu qədər insana, özünə və  təmsil  etdiyi   sahəyə belə hörmət qoymur. 
  Bu  aksiya  tarixi   addım olaraq böyük anlam kəsb  edir.  Mənim ən çox müşahidə  etdiyim  isə, aksiyada iştirak  edən Vətəndaş  cəmiyyətinin  nümayəndələri,  Qeyri-Hökümət təşkailatlarının   rəhbərləri və müxtəlif  sahənin   təmsilçilərinin  az müddət əzində necə fəal şəkildə ıştırakı oldu.  Həqiqətən  də mən bir daha şahid oldum ki, biz birləşəndə güclü oluruq.  30 il   səbr edib,  44 gün əzrində qalib  gələn dövlətin vətəndaşlarıyıq.  Bizim  tələblərimizə, müraciətimizə cavab  almayana kimi  aksiyamız  davam edəcək.   
 
Gülşən Behbud
Milli Dəyərlər  üzrə Maarifləndirmə  İctimai Birliyinin  sədri
Link kopyalandı!
Son xəbərlər