Rusiyanın paytaxtı Moskvada Rusiya Liberal Demokrat Partiyasının (RLDP) qurucusu Vladimir Jirinovskinin şəxsi evi kimi tanınan iqamətgah satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, obyekt 800 milyon rubl (16.7 milyon manat) qiymətləndirilib. Lot daşınmaz əmlak saytlarından birində yerləşdirilib.
Kompleks Kuzminki ərazisində yerləşir və 5 min kvadratmetrdən çox sahəni əhatə edir. Obyekt uzun illər Vladimir Jirinovskinin qapalı iqamətgahı hesab edilib: jurnalistlər və kənar şəxslərin bura girişi qadağan edilib.
Bizim.Media