“Azərişığ”ın iki işçisini maşın vurub öldürdü
336
22 Oct 2025 | 08:33

“Azərişığ”ın iki işçisini maşın vurub öldürdü

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində “Mercedes” markalı avtomobil “Azərişıq” ASC-nin yolu keçən iki işçisini vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, Ələt qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes” markalı  avtomobili yolu keçən iki piyadanı vurub.

Qəza zamanı ölənlər Salyan sakini, 45 yaşlı Anar Həsənqulu oğlu Bayramov və Salyan rayonu, Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Manafov Mehdiqulu Allahyar oğludur.

Onlar “Azərişıq” ASC-nin Ələt qəsəbəsində yerləşən Elektrik şəbəkəsinin işçiləri olublar və işdən qayıdarkən hadisə baş verib. Hadisəni eşidən mərhum A.Bayramovun atası 69 yaşlı Həsənqulu Bayramov da infarkt keçirərək ölüb. 

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər