BDU Qazaxıstanın Avrasiya Milli Universiteti ilə ikili diplom proqramı imzalayıb
3376
09 Dec 2022 | 14:27

BDU Qazaxıstanın Avrasiya Milli Universiteti ilə ikili diplom proqramı imzalayıb

Bakı Dövlət Universiteti (BDU) dünyanın bir çox nüfuzlu universitetləri ilə ikili diplom proqramları çərçivəsində əməkdaşlığı davam etdirir.  
 
BDU və Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında magistratura səviyyəsində “Biotexnologiya” ixtisaslaşmasında kadr hazırlığı məqsədilə ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
 
İkili diplom proqramı BDU-nun Biologiya fakültəsi ilə L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Təbiət elmləri fakültəsinin adıçəkilən ixtisaslaşma üzrə magistratura proqramları əsasında canlı orqanizmlərin və bioloji sistemlərin, bitki və heyvan hüceyrələrinin, subhüceyrə komponentlərinin və bioloji makromolekulların köməyi ilə ərzaq, sənaye və tibb məhsullarının istehsalı sahəsində hərtərəfli biliyə malik mütəxəssislərin hazırlanmasına yardım edəcək. 
 
Proqram çərçivəsində eyni zamanda biologiya, biotexnologiya elmlərinin fundamental və tətbiqi metodlarından istifadə etməklə praktik problemləri təsnif və həll edə bilən mütəxəssislər yetişdiriləcək. 
 
Qeyd edək ki, Avrasiya Milli Universitetində biologiya və biotexnologiya sahəsində yüksək səviyyədə bakalavr, magistr və doktorant hazırlığı həyata keçirilir. Sözügedən universitet QS WUR-2023 dünya universitetləri reytinqində 277-ci, QS ECCA-2022 reytinqində isə 42-ci pillədə yer alır.
 
Link kopyalandı!
Son xəbərlər