Almaniya Gürcüstandan səfirini geri çağırdı
542
19 Oct 2025 | 13:59

Almaniya Gürcüstandan səfirini geri çağırdı

Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfiri Peter Fişeri məsləhətləşmələr üçün geri çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X platformasındakı rəsmi səhifəsində bildirilib.
 

Məlumatda Almaniya Xarici İşlər Nazirliyinin Gürcüstan ilə münasibətlərdə bundan sonrakı addımları müzakirə etmək məqsədilə məsləhətləşmələr aparmaq üçün səfir Peter Fişeri geri çağırmaq qərarına gəldiyi qeyd olunub.


Bundan başqa, sabah Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının toplantısının gündəliyinə Gürcüstanla bağlı məsələnin də daxil edəcəyi vurğulanıb.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər