Bakıda 35 yaşlı iş adamı idman zalında öldü - FOTO
214
18 Oct 2025 | 11:35

Bakıda 35 yaşlı iş adamı idman zalında öldü - FOTO

Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb.

Biizm.Media Yenisabah.az-a istinadən xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib.

35 yaşlı Toğrul Tapdıqzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, iş adamının həyatını xilas etmək mümkün olmayıb.

Mərhum bu gün Bakıda dəfn olunacaq.
 

Qeyd edək ki, Toğrul Yaşar oğlu Tapdıqzadə 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəli idi, 4 övladı var. İş adamı idi. Toğrul Tapdıqzadənin atası Yaşar Nəcəfov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 811 saylı hərbi hissənin tərkibində döyüşüb.


Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb. Yaşar Nəcəfov özü də iş adamdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.



Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər