Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Gənclərinin Hüquqlarınının Müdafiəsi Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Məktəblilərin təhsildən yayınma hallarının aradan qaldırılmasında məktəb psixoloqlarının rolunun artırılmasına ictimai dəstək” layihəsini icra edir. Layihə çərçivəsində təlim iştirakçılarına və bu layihə çərçivəsində maarifləndirilən şəxslər, mütəxəssislər üçün bukletlərin hazırlanması, nəşri və təqdimi, psixoloqların fəaliyyəti üçün bələdçi olacaq metodik tövsiyyənin işlənilib hazırlanması, nəşrini, o cümlədən təhsil müsəssisəsində fəaliyyət göstərən 20 məktəb psixoloquna şagirdlərə psixoloji xidmət göstərərkən istifadə edə biləcəyi metodikaların təqdim edilməsini və bu istiqamətdə həyata keçirilən təşkilati fəaliyyət reallaşdırılır.
Metodik tövsiyyə müasir təhsil müəssisisəsində fəaliyyətə başlayan gənc psixoloqlar üçün hazırlanmışdır və eyni zamanda artıq fəaliyyətini bu istiqamətdə qurmuş psixoloqlar üçün də faydalı olacaqdır. Kitabça özündə hazırda məktəbdə psixoloji xidmətin aktual problemlərini, məktəb psixoloqunun qanunvericilik bazasını – Psixoloi Yardım Haqqında Azərbaycan Respublikasının Qanunu, Təhsil Haqqında Azərbaycan Respublikası Qanunu, Təhsil Müəssisələrində Psixoloji Xidmətin Təşkili, Qaydaları, Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsindən irəli gələn müddəaları, məktəb psixoloqunun fəaliyyətinin əsas istiqamətlərini – psixoloji maarifləndirmə, psixodiaqnostika, psixokorreksiyanın tətbiqi yolları və bəzi metodikalarını, o cümlədən də psixoloji fəaliyyətin planlaşdırılmasını özündə ehtiva edir.
Layihənin əsas istiqamələrindən biri də orta ümumtəhsil məktəblərində çalışan 20 nəfər psixoloq üçün 3 günlük təlim kursunun təşkilidir. Təlimlər zamanı psixokorreksiya, psixodioqnastika, özünüqiymətləndirmə və sair bu kimi treninq proqramları təqdim edilmişdir.