Tovuzda 29 yaşlı qadının qətli ilə bağlı cinayət işi BAŞLANDI
131
16 Oct 2025 | 20:46

Tovuzda 29 yaşlı qadının qətli ilə bağlı cinayət işi BAŞLANDI

Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Bizim.Media-ya Tovuz rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

Araşdırma zamanı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünə qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi bas‌lanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər