“Azneft”də struktur dəyişikliyi - Baş direktor vəzifədən getdi
543
15 Oct 2025 | 09:58

“Azneft”də struktur dəyişikliyi - Baş direktor vəzifədən getdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Modern.az" məlumat yayıb.

Dəyişikliklə “Azneft”in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.

Bu səbəbdən də “Azneft”in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.
 

Yeni qərarla o, “SOCAR Upstream” xüsusi layihələr üzrə direktor vəzifəsinə təyinat alıb.


Qeyd edək ki, Ə.Qurbanov bu vəzifəyə ötən ilin martında təyinat almışdı. O həmin təyinatadək “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər