Astarada mal-qara arasında dabaq xəstəliyi yayıldı – FOTO
248
14 Oct 2025 | 16:42

Astarada mal-qara arasında dabaq xəstəliyi yayıldı – FOTO

Astara rayonunun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran və Ərçivan qəsəbələrində mal-qara arasında dabaq xəstəliyi yayılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, xəstəlik heyvanlar arasında sürətlə yayılır, qızdırma 42 dərəcəyə çatır və ağızlardan köpük gəlir.
Bəzi sakinlər heyvanlarını xəstəlikdən qorumaq üçün qapalı saxlayırlar.

Eyni zamanda, sakinlər dərmanların keyfiyyətsiz, qıt və baha olduğunu bildirirlər. Xəstəliyin son 10 gündə sürətlə yayıldığı qeyd olunur.

Qida Təhlükəsizliyi Agentliyi isə ölkədə epizootik vəziyyətin daim nəzarətdə olduğunu, peyvəndləmə və biotəhlükəsizlik tədbirlərinin davam etdiyini açıqlayıb.





Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər